Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olundu
30 dekabr, 2015-ci il tarixdə Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq rayon ictimaiyyətini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, yola saldığımız il xalqımız üçün uğurlu olmuşdur. Ölkəmizin digər bölgələrində olduğu kimi rayonumuzda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Bir sıra sosial obyektlər tikilib sakinlərin istifadəsinə verilmiş, rayon Mədəniyyət Evinin əsaslı təmiri başa çatdırılmış, möhtəşəm layihə əsasında inşa olunan Musiqi və İncəsənət mərkəzinin tikintisi tamamlanmaq üzrədir. Təbii ki, bütün görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sahəsində mümkün olmuşdur.
Tədbir rayon mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə davam etdirildi. Şaxta baba və qar qız uşaqlara bayram hədiyyələri payladı.