Musiqi və İncəsənət Mərkəzinin tikintisi sürətlə davam etdirilir
07 yanvar 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisi işləri uğurla davam etdirilir. Belə ki, binanın dam örtüyünün qoyulması başa çatdırılmış, inzibati, yardımçı, sanitar qovşaq otaqlarında, zal və pilləkən qəfəsələri hissələrində divarların rənglənməsi, tavan və döşəmə işləri yekunlaşdırılmışdır. Layihəyə uyğun olaraq binanın fasadına üzlük və şüşə materiallarının quraşdırılması işləri sürətlə davam etdirilir.