İcra nümayəndələri hesabat verir
Ağstafa rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları başlanmışdır. Hesabat yığıncaqlarında rayon icra hakimiyyəti başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri iştirak edirlər.
2016-ci ilin 11 yanvar tarixlində rayonun Saloğlu qəsəbə və Muğanlı kənd ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirildi. Hesabat yığıncaqlarında Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvü R.İmanov, və rayon İcra hakimiyəti başçısı aparatının hüquq şöbəsinin müdiri M. Hüseynov iştirak etmişlər.
Rayonda İƏD üzrə icra nümayəndələrinin hesabat yığıncaqları davam edir.