31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il bayramı münasibəti ilə ümumrayon tədbiri
28 dekabr 2012-ci il tarixdə Ağstafa şəhəri S.Vurğun adına mədəniyyət və istirahət parkında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi. Cənab Məhərrəm Quliyev son dövrdə rayonda aparılan tikinti, quruculuq və abadlıq işləri barədə geniş məlumat verərək bu işlərin növbəti ildə də davam etdiriləcəyini bildirdi.
Tədbirdə Şəhid ailələri, Qarabağ və Çernobl əlillərinin övladlarına və valideyin himayəsindən məhrum olmuş uşaqlara rayon İcra hakimiyyətinin bayram sovqatları təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdi.