İcra nümayəndələrinin hesabatı davam edir
Tərtib və təsdiq edilmiş qrafikə uyğun olaraq Ağstafa rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları davam edir. 12-14 yanvar tarixlərində rayonun Pirili, Xılxına, A.Kəsəmən, Köçəsgər, Düzqışlaq, Köçvəlili kəndlərində və Qarayazı qəsəbəsində yerli icra nümayəndələrinin hesabat yığıncaqları keçirilmişdir. İcra nümayəndələri ötən il gördükləri işlər barəsində sakinlər qarşısında hesabat vermiş, yaşayış məntəqəsi üçün əhəmiyyət kəsb edən problemləri qeyd etmiş, eləcə də idarəetmənin təkmilləşdirilməsi və sosial problemlərin həlli istiqamətində təkliflər dəyərləndirilmişdir. Hesabat yığıncaqlarında rayon İcra hakimiyyəti başçının müavini A. Hacıyev, Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri F. Həsənov, Q.Heydərov, İ.Mustafayev, rayon İcra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri M. Hüseynov və informasiya təminatı və təhlil sektorunun müdiri K.Abbasov iştirak və çıxış etmişlər.
Rayonda İnzibati Ərazi Dairələri üzrə icra nümayəndələrinin hesabat yığıncaqları davam edir.