20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Ağstafa rayonu İcra hakimiyyəti başçısının imzaladığı 28 dekabr 2015-ci il tarixli müvafiq Sərəncamına uyğun olaraq 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Tədbirlər Planı” təsdiq olunmuşdur.
Bu gün silsilə tədbirlər çərçivəsində 20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində tədbir keçirildi. İlk öncə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilən tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin məsul işçiləri çıxış etdilər, rayon məktəblilərinin ifasında şerlər səsləndirildi. Qeyd olundu ki, 1990-cı il yanvarın 20-də sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi amansız təcavüz nəticəsində 147 mülki şəxs öldürülüb, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb. Həmin gün xalqımız misli görünməmiş bir faciə yaşayıb. Bu faciə Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunub.
Tədbir böyük ölçülü ekranda 20 Yanvar faciəsinə həsr olunmuş tarixi xronoloji filmin nümayişi ilə davam etdirildi.