Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi rayonun ümumtəhsil məktəblərində anılır

17 yanvar 2016 | 11:00

Ağstafa rayonunun ümumtəhsil məktəblərində 19 yanvar 2015- ci il tarixində Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilmişdir. Məktəblərdə 20 Yanvar faciəsinin iyirmi altıncı  ildönümünü ək etdirən quşələr və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunmuş, divar qəzetlərinin yanvar buraxılışı 20 Yanvar hadisələrinə həsr olunmuşdur.
Təsdiq olunmuş müvafiq  “Tədbirlər Planı”na uyğun olaraq rayon Təhsil şöbəsində, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə öncə ölkəmizin azadlığı və suverenliyi naminə canlarını fəda etmiş 20 Yanvar şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilir. Məktəb kollektivləri tərəfindən hazırlanmış şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunur, şerlər səsləndirilir, proyektorlar vasitəsi ilə Milli Qürur günümüzü əks etdirən filmlərdən fraqmentlər nümayiş etdirilir. Tədbirlərdə 1990-cı ilin yanvar hadisələri zamanı ölkəmizin ən ağır günlərində məhz ümummilli lider Heydər Əliyevin xalqının səsinə səs verdiyi xüsusilə vurğulanır. Yalnız Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə pisləmişdir. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Keçidlər