Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin antiböhran tapşırıqları barədə müşavirə keçirildi

19 yanvar 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli bağlı keçirilən müşavirədə cənab Prezidentin nitqindən irəli gələn vəzifələr Ağstafa rayon İcra hakimiyyətində keçirilən müşavirədə geniş təhlil olundu. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, sahibkarlar və iş adamlar, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
İclasa sədrlik edən cənab Məhərrəm Quliyev  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin yanında 18 yanvar 2016-cı il tarixdə iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkə başçısının proqram xarakterli çıxışı barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, dünya iqtisadiyyatında baş verən böhranla əlaqədar olaraq Azərbaycan dövlətinin başçısı tərəfindən ölkə vətəndaşlarının böhrandan zərər görməməsi, istehlak məhsullarının qiymətlərinin tənzimlənməsi və milli valyutanın məzənnəsinin qiymətdən düşməsinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür. Qeyd olundu ki, manatın devalvasiyası prosesi olan kimi dövlət başçısı tərəfindən un və çörək məmulatlarının qiymətlərinin sabit saxlanılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların pensiyalarının və sosial müavinətlərinin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı  artımı həyat keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə pensiyaların baza hissəsi artırılmış, büdcədən maliyyələşən elm, elmi-tədqiqat müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, eləcə də sosial təminat müəssisələrində çalışan şəxslərin əmək haqları 10 faiz artırılmışdır. Bundan başqa sahibkarlığın inkişafı və iş adamlarının fəaliyyətinin təşviq edilməsi üçün xüsusi razılıq tələb edən fəaliyyət növləri üçü lisenziyaların sayının azaldılması və bir çoxlarının ləğv edilməsi, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin miqdarının artırılması kimi məsələlər öz həllini tapmışdır. Bütün ölkədə olduğu kimi Ağstafa rayonunda da istehlak mallarının qiymətinin sabit saxlanılması, süni qiymət artımına yol verilməməsi üçün həyata keçirilə  tədbirlər sakinlərin tərəfindən razılıqla qarşılanır. Rayonda sahibkarların fəaliyyəti və iş adamlarına yeni biznes layihələrinin həyat keçirilməsi üçün  yaradılan şəffaf mühit qeyd olundu və hər hansı müdaxilənin olmadığı vurğulandı.
Son günlərdə rayonda süni qiymət artımın qarşısının alınması və istehlak mallarının qiymətlərinə nəzarət sahəsində görülmüş içlər barədə rayon İcra hakimiyyəti başçısının müavini A. Hacıyevin məlumatı dinlənildi.
Müşavirədə çıxış edən ictimaiyyət nümayəndələri və sahibkarlar İ.Əliyev, Q.Cəfərov, T.Musayev, V.Kərimov, N.Vəliyev, H.Mehtiyev, S.Rəsulov və başqaları ölkəmizdə, ö cümlədən Ağstafa rayonunda sosial-iqtisadi inkişafın yüksək səviyyədə olmasını, dövlətimizin bu böhrandan öz gücü hesabına çıxacağına əmin olduqlarını bildirmiş və qeyd etmişlər ki, Ağstafa rayonunda sahibkarlığın inkişafı üçün əlverişli şərait var və onların fəaliyyətinə kənar müdaxilələr yoxdur.
Müşavirə canlı dialoq və işgüzar şəraitdə keçdi.

Keçidlər