Şriftin ölçüsü :

Saytın rəngi :

Çay evində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

18 yanvar 2016 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında yerləşən çay evində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.  Çay süfrəsi ətrafında keçən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları və ziyalıları da iştirak etmişdir. Tədbirdə ölkədə həyata keçirilən antiböhran tədbirləri, süni qiymət artımına qarşı mübarizə və ictimai nəzarət mexanizminin müyyənləşdirilməsi məsələləri ətrafında geniş müzakirələr aparılmışdır.
Görüşdə manatın devalvasiyasından sonra ölkədə iqtisadi sahədə sabitliyin saxlanılması istiqamətində görülən tədbirlərdən danışıldı. Qeyd edildi ki, cənab Prezidentin göstərişi ilə un və çörəyin qiymətinin aşağı salınması, ərzaq məhsullarının qiymətinin sabit saxlanılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin pensiya və  sosial müavinətlərinin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarını artırılması dövlətin qayğısının təzahürüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  həyata keçirdiyi antiböhran tədbirləri və struktur islahatlarının bəyənildiyi bildirildi. Ölkədə, o cümlədən Ağstafa rayonunda son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yenidən qurma işlərinin rayonun simasını xeyli dəyişdiyi, yeni iş yerlərinin yaradıldığı və sahibkarlığın inkişafına əlverişli şərait olması xüsusilə vurğulandı. Tədbirdə çıxış edən ziyalılar və ictimaiyyət nümayəndələri qeyd etdilər ki, ağstafalılar daima Heydər Əliyev ideyalarına və cənab Prezidentin siyasətinə sadiqdirlər. Ağstafa sakinləri cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəklədiklərini ifadə etdilər.

Keçidlər