Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi
29 dekabr 2012-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi. Şuranın gündəliyinə “Rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaların gördüyü işlər haqqında”, “Rayonda heyvandarlığın inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə”, “ 2012-ci ilin sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şəhər, qəsəbə və kəndlərdə yerli bələdiyyələr tərəfindən aparılmış təmir-tikinti və abadlıq işləri barədə məlumatın dinlənilməsi”, “Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 2013-cü ilin iş planının təsdiqi barədə” məsələlər daxil edilmişdir. İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələlər barədə ümumi məlumat verdi. İclasda günədlikdə duran məsələlərin müzakirəsi aparıldı. Müzakirə edilən hər bir məsələ ilə bağlı əldə edilən nəticələr geniş təhlil olundu.
Şura iclasının sonunda rayon İcra hakimiyyəti başçısı tərəfindən Prezident Kuboku uğrunda VII çövkən milli oyununun qalibi olmuş Ağstafa komandasının üzvləri qiymətli hədiyyələrlə təltif olundu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalla təltif olunmuş Ağstafa şəhər İcra nümayəndəsi Nəriman Hacıyevə rayon İcra hakimiiyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən həmin medal təqdim edildi.
Cənab Məhərrəm Quliyev iclas iştirakçılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik etdi.