Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai kənd İcra nümayəndəsinin hesabatı dinlənildi

28 yanvar 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısının Xətai kənd İƏD üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, RİH aparatının şöbə müdirləri və kənd sakinləri iştirak edirdi.
Yığıncağı giriş sözü ilə açan cənab Məhərrəm Quliyev 2015-ci ildə ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi inkişafı, o cümlədən Ağstafa rayonunda görülən işlər barəsində ətraflı məlumat verdi. Qeyd edildi ki, ötən il dünya iqtisadiyyatında baş verən böhran və milli valyutaların məzənnəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində meydana gələn iqtisadi kataklizmlərə qarşısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ağstafa rayonunda da sakinlərin sosial rifahının qorunması, istehlak qiymətlərinin tənzimlənməsi və onların maraqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
2015-ci ildə görüldüyü işlərə dair hesabat verən Xətai kənd İƏD üzrə İcra nümayəndəsi Musa Hüseynov bildirdi ki, nümayəndəlik üç kəndi- Xətai, Yenigün və Qaçaq Kərəm kəndlərini əhatə etməklə əhalisi 6 min nəfərdən artıqdır. Nümayəndəliyin ərazisində 2 orta məktəb, körpələr evi-uşaq bağçası, həkim məntəqəsi və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Ötən il sakinlərin qaz, işıq və su ilə təchizatı sahəsində ardıcıl tədbirlər həyata keçirilmiş, 2 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, 1 yeni quyu qazılmış, kənddaxili və kəndarası yollar xırlanmışdır. Əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının almaq üçün su arxlarında beton üzlüklərin qoyulması işi aparılmış, su arxları lil və palçıqdan təmizlənmişdir. Qeyd edilmişdir ki, Yenigün kənd tam orta məktəbi rayon rəhbərliyinin dəstəyi ilə əsaslı təmir edilmiş və məktəbə istilik sistemi çəkilmişdir. Körpələr evi-uşaq bağçası daha münasib binaya köçürülmüşdür.
Qaçaq Kərəm və Yenigün kəndlərinin qaz təminatının yaxşılaşdırılması və içməli su təchizatında olan fasiləsinin aradan qaldırılması üçün tədbirlər görüldüyü bildirildi.
Cari ildə nümayəndəliyin qarşısında duran əsas vəzifələr müəyyən edildi. Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.

Keçidlər