Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi Mərkəzinin tikintisi işləri başa çatır

04 fevral 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli  “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi Mərkəzinin tikintisi işləri başa çatır. Belə ki, binanın dam örtüyünün qoyulması başa çatdırılmış, inzibati, yardımçı, sanitar qovşaq otaqlarında, zal və pilləkən qəfəsələri hissələrində divarların rənglənməsi, tavan və döşəmə işləri yekunlaşmışdır. Binanın birinci mərtəbəsində yerləşən sinif və məşğələ otaqları, kitabxana, müəllimlər otağı və digər yardımçı otaqların döşəməsi vurulmuş, divarla rənglənmiş, dəhliz və foyeyə üzlük daş qoyulmuşdur. Layihəyə uyğun olaraq binanın fasadına üzlük və şüşə materiallarının  quraşdırılması işləri başa çatır. Binanın istilik sistemi işə salınmışdır. 400 nəfərlik böyük konsert zalında oturacaqların qoyulması və səhnənin quraşdırılması işi davam edir.
Musiqi Mərkəzinin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər