Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Muzey-Mərkəzində yenidənqurma və əsaslı təmir işləri yekunlaşır

04 fevral 2016 | 11:00

Ağstafa rayon Heydər Əliyev Muzey-Mərkəzində Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma və əsaslı təmir işləri  yekunlaşmaq üzrədir. Ümumilikdə mərkəzdə görülən işlərə 150 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. Muzey-Mərkəz üçün tərtib olunmuş layihəyə uyğun olaraq binanın daxili interyeri  daha da müasirləşdirilərək yüksək dizaynla yenidən qurulmuşdur. Rayonda ilk dəfə fəaliyyət göstərəcək  bir sıra yeni mərkəz, studiya otaqları yaradılmışdır. Belə ki, nikah zalı, memarlıq, incəsənət və reklam, xalçaçılıq, moda, rəsm qalereyası və uşaq yaradıcılıq, rəqs studiyaları, tədris və hazırlıq, ideya-resurs mərkəzləri, xarici dil kursu, tezliklə ağstafalıların istifadəsinə veriləcəkdir. 400 nəfərlik böyük akt zalı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları, konfrans zalları, eləcə də digər inzibati və yardımçı otaqlarda müvafiq layihəyə uyğun olaraq yenidən qurulmuşdur. Mərkəz yeni yumşaq mebel və inventarlarla təchiz edilmişdir. Həmçinin Muzey-Mərkəzin ətrafının yenidən qurulması, dekorativ yaşıllıq və abadlıq işləri istiqamətində də aparılan işlər yekunlaşmaq üzrədir. Mərkəzin çöl sahəsində ətrafa vurulmuş “brusçatka” tipli daşlar sökülərək yeni dekorativ döşəmə daşları ilə əvəzlənir, müasir tipli yeni işıq dirəkləri və yaşıllıqların suvarılması sistemi quraşdırılmışdır.
Ağstafa rayon Heydər Əliyev Muzey-Mərkəzi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər