Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərinin küçələri yenidən qurulur

04 fevral 2016 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi İnkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq rayon mərkəzində küçələrin əsaslı təmiri və yenidən qurulması sahəsində işlər davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında əsaslı təmir olunan Ağstafa Mədəniyyət Mərkəzinin yerləşdiyi Eyvaz  Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində təmir-tikinti işləri sürətləndirilmişdir.
Küçə boyu rabitə və enerji infrastrukturuna aid dirək və naqillər təzələnmiş, küçələrin səki və avtomobil hərəkəti hissəsi genişləndirilmişdir. Köhnə asfalt örtüyünün yenisi ilə əvəz olunması üçün texniki tədbirlər görülmüşdür. Hər iki küçədə yeni, müasir işıqlandırma sistemləri quraşdırılmış, hasarların və qapı darvazalar dekorativ şəkildə təmir olunmuşdur.
Küçə boyu piyadaların hərəkət hissəsinə səki daşının döşənməsi işi başa çatdırılmış və küçəyə yeni asfalt örtüyünün qoyulması üçün işlər aparılır. Hər iki küçənin tezliklə istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər