Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırılmışdır
9 yanvar 2013-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası keçirilmişdir. Havaların kəskin soyuması və qar yağması ilə əlaqədar olaraq çağrılan iclasda çıxış edən komissiyanın sədri Ramiz Tatarov qeyd etdi ki,əhalinin normal yaşayışının təmin olunması,həyati əhəmiyyətli obytektlərin fasiləsiz çalışması,təhsil,səhiyyə və xidmət müəssisələrinin işində fasilələrə yol verilməməsi üçün əvvəlcədən tədbirlər görülmüşdür və zəruri tədbirlər hazırda da davam ertdirilir..Çıxış zamanı bildirildi ki,hər bir komissiya üzvü üzərinə düşən vəzifəni dərhal icra etməlidir.Şəhər, qəsəbə və kəndarası yolların buz bağlayacağı təqdirdə 26 saylı Yol İstismar İdarəsinə zəruri tədbirlərin görülməsi tapşırıldı.
Rayonun müvafiq təşkilatlarında olan texnikaların işlək vəziyyətdə saxlanılması,növbətçiliyin tətbiqi kimi vacib məsələlər barəsində idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verildi.