Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda yeni iş yerlərinin yaradılması və iş axtaranların işlə təmin olunması davam edir

03 mart 2016 | 11:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi barədə tapşırığına uyğun olaraq Ağstafa rayon İcra hakimiyyəti tərəfindən aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə məqsədyönlü işlər həyata keçirilir.
Həmin konfransda verilən tapşırıqların ardıcıl icrasını təmin etmək üçün rayonun daxili imkanları bir daha təhlil olunmuş, iş axtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan şəxslərin işlə təmin olunmasının sürətləndirilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, 312 yeni iş yeri açılmış və rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında bu günə qədər 266 nəfər şəxs işlə təmin olunmuşdur:

1. Göndəriş verilənlərin adlı siyahısı

2. İşlə təmin olunanların adlı siyahısı

3. İşə qəbul olunanlar

Keçidlər