Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Bədən tərbiyəsi və İdman günü qeyd olundu

04 mart 2016 | 11:00

5 mart   Bədən tərbiyəsi və İdman günü  Ağstafa şəhər Mərkəzi Stadionunda böyük kütləvi tədbirlə qeyd olundu. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.
Keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon idmançıları, hərbi təlim və idman müəllimləri, məşqçilər iştirak edirdilər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.
Tədbirdə ayrı-ayrı idman növləri üzrə idmançıların nümunəvi çıxışları təşkil olundu. Rayonda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olmuş bir qrup şəxslər  “Fəxri Fərman” və hədiyyələrlə təltif olundular.

Keçidlər