Şriftin ölçüsü :

Saytın rəngi :

8 mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2016 | 11:00

Bu gün Ağstafa şəhəri, “Yazıçılar evi”ndə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon qadınlarını bayram münasibəti ilə təbrik etdi, onlara cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzuladı. Qeyd olundu ki, Azərbaycan qadını öz saf  adının ucalığını hər zaman layiqincə qorumuşdur. Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycanın dövlət siyasətinin təməlini elə qurmuşdur ki, qadınlarımız hər zaman istənilən sahədə uğurlu fəaliyyət göstərmələri üçün şərait yaradılmış və ölkəmizdə gender bərabərliyinə nail olunmuşdur. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən qadınlarımızın ictimai-mədəni həyatda rolunun artırılması və dövlət idarəçiliyində daha çox sayda qadınlarımızın daha çox təmsil olunması istiqamətində səmərəli addımlar atılır. Ağstafa rayonun sosial-iqtisadi və ictimai-mədəni inkişafında qadınların da mühüm rol oynadığı dəfələrlə vurğulandı.
Tədbirdə çıxış edən xanımlar onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Rayonun sosial-iqtisadi və ictimai-mədəni inkişafında fərqlənən bir qrup qadına Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif edildilər. Tədbirdə iştirak edən bütün xanımlara qiymətli hədiyyələr təqdim olundu.
Tədbir geniş konsert proqramı ilə müşayiət edildi.

 

 

Keçidlər