Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində növbəti səyyar qəbul-görüş

16 mart 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində Müseyib Allahverdiyev küçəsi 16, 20 və 22 saylı çoxmənzilli dəmiryolu yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, eləcə də bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Şəhərdə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra cənab Məhərrəm Quliyev səyyar qəbulda iştirak edən sakinləri dinlədi.
Şəhər sakinləri 16 və 22 saylı çoxmənzilli dəmiryolu yaşayış binalarının həyətində xeyir-şər evinin inşa edilməsi, binaların dam örtüklərinin yenidən qurulması, fasad hissəsinin və blokların təmir edilməsi, istilik sisteminin quraşdırılması, elektrik, qaz və rabitə xətlərinin nizamlanması, həyətə asfalt örtüyünün salınması və işıqlandırma sisteminin yenidən qurulması, 20 saylı yaşayış binasının həyətində yeni sanitar qovşağın inşa edilməsi, M.Allahverdiyev küçəsində yolun zədələnmiş hissələrinin asfaltlanması kimi təkliflərlə çıxış etdilər.
Rayon İcra hakimiyyətinin başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə yerində  konkret tapşırıqlarını verdi. Sakinlərin nəzərinə çatdırıldı ki, cari ildə rayon ərazisində inşa ediləcək 4 ədəd yeni avtomobil körpülərinin tikintisi işlərinə yerli sakinlər cəlb ediləcəkdir.
    Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan, eləcə də rayonun yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışdı.

 

Keçidlər