Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kəndində növbəti səyyar qəbul-görüş

25 mart 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Ermənistanla təmas xəttində yerləşən Köhnəqışlaq kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, "N" saylı hərbi hissənin komandiri, rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdilər. Cənab Məhərrəm Quliyev sakinlərlə səmimi söhbət əsnasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına uyğun olaraq ölkəmizin cəbhə bölgələrində olan yaşayış məntəqələrinin infrastrukturu, orada yaşayan sakinlərin sosial rifahının daha da yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir. O cümlədən düşmənin təmas xəttində yerləşən Könhəqışlaq kənd yaşayış məntəqəsində də sakinlərin təhlükəsizliyi, rahat yaşamaları üçün bütün zəruri tədbirlər görülür. Müasir standartlara uyğun inşası aparılan kənd orta məktəbin mövqe baxımından təhlükəsizliyi mütəxəssislər tərəfindən tam dəqiqliyi ilə nəzərə alınmışdır və tikintisi işləru uğurla davam etdirilir. Məktəbdə olacaq müasir idman zalı və açıq idman meydançası, kəndin yeniyetmə və gənclərinin də rahat şəkildə idmanla məşğul olmaları üçün gözəl imkan yaradacaqdır. Cənab Məhərrəm Quliyev həmçini kəndin qaz, işıq, su, rabitə, nəqliyyat və digər bu kimi məsələlərdə nöqsanların olmaması istiqamətində müvafiq təşkilat rəhbərlərinə ciddi tapşırıqlarını verdi. Rayon İcra hakimiyyətinin başçısı kənd sakinlərini qəbul etdikdən sonra, qəbulda iştirak edən digər məsul şəxslərlə birlikdə kəndi gəzdi, inşası aparılan yeni məktəbin tikintisi işləri ilə yaxından tanış oldu, müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər