Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu

31 mart 2016 | 11:00

31 mart 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasının akt zalında 31 mart Azərbaycanlıların soyqırımı günü qeyd olundu. Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
       Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bu, həm də dövlətimizin Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi ədalətsizliklərə verdiyi əsil tarixi qiymət idi.  Azərbaycan xalqına qarşı siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əməli addımlar atılır.  Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniyalar bir çox dünya ölkələrinin aparıcı şəhərlərini əhatə etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Azərbaycan xalqının soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda keçirilən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi.
     Daha sonra Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Yaqub İsmayılov və Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov 31 mart Azərbaycanlıların soyqırımı gününün tarixi və törədilmə səbəbləri ilə bağlı ətraflı çıxış etdilər. Qeyd olundu ki, Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Keçidlər