Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIR

14 aprel 2016 | 11:00

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası  və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda məqsədyönlü işlər görülür. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məsələlərinə dair aparılan tədbirlər sayəsində “Karvan-L” şirkətinin Ağstafa rayonunda böyük istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının yaradılması nəzərdə tutulur. “Karvan-Eko” sənaye parkında polietilen qablar zavodu, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binalarının inşası ilə yanaşı rayonun aqrar inkişaf istiqamətinə uyğun olaraq soyuducu anbar və istixana komplekslərinin tikintisi də planlaşdırılır. Sənaye parkında  3 mərtəbəli müasir inzibati bina və  ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir. Yerli meyvə məhsullarının istehsalının nizama salınması üçün parkın ətrafında 2,0 ha ərazinin əhatə edən ərik bağının salınması üçün torpaq sahəsinin ayrılması həyata keçirilir.
Bakı Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcəkdir. Sənaye parkının yerləşdiyi Həsən-su çayının kənarında 3,0 km. ərazini əhatə edən istirahət zonasının salınması, bulvar tikintisinin aparılması nəzərdə tutulur.

Keçidlər