Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 93 İLLİYİ MÜNASİBƏTİ İLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR

05 may 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısının 05 may, 2016-cı il tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər davam etdirilir. Tədbirlərdə Azərbaycan xalqının çox əsirlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyəti olan Heydər Əliyevin  öz xalqı və dövləti qarşısında gördüyü misilsiz xidmətlərindən geniş bəhs olunur, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilir, kitab və nəşrlərdən ibarət sərgilər təşkil olunur.

Keçidlər