ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-CÜ İLDÖNÜMÜ QEYD OLUNDU
Heydər Əliyev Muzey-Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə anım tədbiri keçirildi. Tədbirdə Ağstafa rayon rəhbərliyi, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoydu, ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Ulu Öndərin doğum günü münasibəti ilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında rayon ictimaiyyətin iştirakı ilə genişmiqyaslı ağacəkmə iməciliyi keçirilmişdir.