Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
2016-cı ilin ilk aylarından başlayaraq ölkəmizdə, o cümlədən Ağstafa rayonunda həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi istiqamətində əldə olunan uğurlu nəticələr və rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda sənaye məhəllələrinin salınması, iş adamlarının bölgədə investisiya yatırması və yeni layihələrin icrasına dəstək verilməsi sahəsində əməlli addımlar atılmışdır. Rayon iqtisadiyyatında mühüm əhəmiyyəti olan kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr o cümlədən “Ağstafa Aqroservis” MMC tərəfindən tikintisi davam edən taxıl və un məmulatları kombinatının inşası barədə geniş danışıldı. Qeyd olundu ki, kombinatın taxıl anbarında tikinti işləri başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda baramaçılığın inkişaf etdirilməsi sahəsində əməli işlər görülməsi bildirildi. Qeyd olundu ki, barama istehsalı üçün müvafiq şərait yaradılmış və tut ipəkqurdunun bəslənməsinə başlanılmışdır. Rayona 36 qutu ipəkqurdu gətirilmiş və barama istehsalı üçün bütün zəruri işlər həyata keçirilmişdir.
Şura iclasına təqdim edilən məsələlərin ətraflı müzakirəsi keçirildi. Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, başçının müavini Lalə Eyyubova, hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov, rayonun baş memarı Sənan Mustafayev və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.