8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Ağstafa RİH başçısı aparatında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Seymur Orucov, müavinləri, şöbə müdirləri və Rayon İcra Hakimiyyəti başçısı aparatının xanım əməkdaşları iştirak ediblər.
RİH başçısı xanımların bayramını təbrik edərək qeyd edib ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Məhz Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Dövlət qadın siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür.