8 Noyabr Zəfər Günü ərəfəsində şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş keçirilib
07 noyabr 2025 | 18:04
Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai istirahət məkanlarından birində şəhidlərimizin ailə üzvləri ilə görüş keçirilib.
İlk öncə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.






