Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər davam edir

08 noyabr 2022 | 18:07

Ağstafa rayon Mədəniyyət evində 8 Noyabr –Zəfər günü ilə əlaqədar konsert proqramı keçirildi. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Seymur Orucov qeyd etdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir. 

Keçidlər