Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun görüşü oldu

13 may 2016 | 11:00

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından olan  “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun görüşü keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəzin əməkdaşları, eləcə də bölgədən olan qabaqcıl gənclər iştirak edirdilər. Tədbirdə ölkəmizin mədəniyyət sahəsində çalışan gənclərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olundu, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə dolğun məlumat verildi. Qeyd olundu ki, paytaxtda və regionlarda çalışan gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm aparıcı qüvvəyə çevrilmişdir. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də bütün bölgələrdən olan gənc mədəniyyət işçiləri arasında sıx əməkdaşlığın təmin olunmasından ibarətdir.
Daha sonra  tədbir iştirakçıları Ağstafa şəhərindəki mədəniyyət və istirahət parklarına, yeni inşa olunmuş və yenidən qurulmuş mədəniyyət ocaqlarına ekskursiyası etdilər, xatirə şəkilləri çəkdirdilər.

Keçidlər