Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və Turizm naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək

14 may 2016 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mayın 20-də saat 11.00-da Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.
Ağstafa şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Keçidlər