Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinləri ilə növbəti görüş

18 may 2016 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, qapı və pəncərələrinin dəyişdirilməsi, blok girişlərinin və pilləkən qəfəsələrinin təmiri, kommunikasiya və işıqlandırma sistemlərinin nizamlanması, həyətlərdə abadlıq işlərinin aparılması və sakinlərin rahat dincəlmələri üçün istirahət  yerlərinin yaradılması istiqamətində təmir-tikinti işləri uğurla davam etdirilir.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Ağstafa şəhərində təmir edilən çoxmənzilli yaşayış binalarında aparılan işlərlə yerində tanış oldu, həmin ünvanlarda yaşayan sakinlərlə görüşdü. Müseyib Allahverdiyev küçəsi 16, 20 və 22 saylı çoxmənzilli dəmiryolu yaşayış binalarının qarşısında keçən görüşdə başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərin kommunal şəraitlərinin yaxşılaşdırılması, binaların təmiri və ətrafın abadlaşdırılması istiqamətində rayonumuzda işlər uğurla davam etdirilir və bundan sonra daha da sürətləndiriləcəkdir. Bu işlərin görülməsi həm də sakinlər üçün yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur.  Qeyd olundu ki, dövlət proqramları çərçivəsində son illər rayonda çəkilən yeni yollar, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr, ən yüksək tələblərə cavab verən mədəniyyət və istirahət ocaqlarının, yeni idman meydançalarının yaradılması, rayonumuzun sosial-iqtisadi inkişafına və ağstafalıların rahat, firavan yaşamalarını üçün hesablamışdır.
Sonra görüşdə iştirak edən sakinlərin təklifləri dinlənildi. Sakinlərin istəklərinin həll olunması istiqamətində cənab Məhərrəm Quliyev aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi.
Daha sonra binalara və ətrafa baxış keçirildi, təmir-tikinti işlərinə məsul şəxslərə zəruri tövsiyə və göstərişlər verildi.

Keçidlər