Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada baramaçılığın inkişafında mühüm addımlar atılır

25 may 2016 | 11:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa rayonunda ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın bərpası istiqamətində məqsədəuyğun tədbirlər həyata keçirilir. Belə ki, rayonda baramaçılıq sahəsində səriştəsi və təcrübəsi olan şəxslər müəyyən edilmiş və daha sonra bu sahənin inkişaf etdirilməsi üçün Balakən rayonundan 35 qutu tut ipəkqurdu gətirilmişdir. Rayonun 16 yaşayış məntəqəsində barama istehsalını nizama salmaq üçün münasib binalar ayrılmış, həmin binalarda aqrotexniki şərtlərə uyğun şərait yaradılmış, otaqların divarları əhənglə ağardılmış və formalinlə dezinfeksiya işləri aparılmışdır. İpəkqurdunun bəslənməsi və yarpaq tədarükü  üçün mütəmadi tədbirlər görülür və hazırda ipək qurdunun barama sarımağa başlaması müşahidə edilir. Barama istehsalçıları tərəfindən 2000 kq-a qədər yüksək keyfiyyətli barama istehsalı gözlənilir.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tut ipəkqurdunun saxlanması ilə məşğul olunan yaşayış məntəqələrində olmuş, barama istehsalının vəziyyəti ilə yaxından maraqlanmışdır.

Keçidlər