Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Gününə həsr olunmuş kross qaçışı üzrə birincilik keçirildi

25 may 2016 | 11:00

25 may, 2016-cı il tarixdə Ağstafada 28 May Respublika Gününə həsr olunmuş kross qaçışı üzrə rayonun yeniyetmə və gəncləri arasında birincilik keçirilmişdir. Kross qaçışı müəyyən edilmiş marşruta uyğun olaraq şəhər Mərkəzi Stadionunun qarşısından start götürmüş, şəhərin Hüseyn Arif, Rafiq Alıcanov küçələri və Heydər Əliyev prospektindən keçərək ümumilikdə yeddi kilometr məsafə təşkil etmişdir. Qaçış Heydər Əliyev Mərkəzinin önündə sona çatmışdır.
Yarışın nəticələrinə əsasən birinci yerə Murğuzov Amil, ikinci yerə Məmmədov Kərim, üçüncü yerə Yusifov Rəfael, dördüncü yerə Axundov Yusif və beşinci yerə Hüseynov Sergey layiq görülmüşlər. Qaliblərə Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş müvafiq diplom, medal və müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Keçidlər