Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika Günü qeyd olundu

26 may 2016 | 11:00

28 may Respublika Gününü münasibəti ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibatı binasının akt zalında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının müstəqillik tariximizdə əlamətdar hadisə olduğunu və bu hadisənin xalqımızın çoxəsrlik dövlətçilik ənənənələrinin bərpa edilməsində, milli dövlət atributlarının və təsisatlarının bərqərar edilməsində mühüm rolu olduğunu bildirdi. Qeyd olundu ki, 1991-ci il oktyabrın 18-də SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyimizin daimi, dönməz və əbədi olmasının təməli qoyuldu.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, rayonun qabaqcıl tarix müəllimi İndira Səmədova və digər çıxış edənlər dövlət müstəqilliyimizin yaranma tarixi barədə geniş bəhs etdilər.

Keçidlər