1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
Bütün dünyada olduğu kimi ölkəmizdə də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu münasibətlə bu gün Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqların böyük sevincinə səbəb olan geniş bayram tədbiri təşkil olundu. Rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açdı. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin hər zaman dövlət səviyyəsində uşaqlara göstərdiyi yüksək qayğı bu gün də uğurla icra olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayırlar. Bu sahə dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bayram tədbirində uşaqların ifasında şer kompozisiyaları, Hüseyn Arif adına 7 illik musiqi məktəbinin müşayiəti ilə musiqi və rəqs nömrələri təqdim olundu. Ulu Öndərin abidə kompleksinin önündə xatirə şəkilləri çəkdirildi. Uşaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında onlar üçün nəzərdə tutulmuş əyləncə məkanlarını gəzib əyləndilər.