Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramı günü qeyd olundu

04 iyun 2016 | 11:00

Hər il iyunun 5-də respublikamızın meliorasiya və su təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edirlər.  Bu münasibətlə bu gün Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayonda bu sahədə çalışan işçilər peşə bayramlarını qeyd etdilər. Tədbir iştirakçıları ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq melioratorları bu münasibətlə təbrik etdi, onlara fəaliyyətlərində yeni müvəffəqiyyətlər  arzu etdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev meliorasiya və su təsərrüfatı sisteminin ölkə iqtisadiyyatında strateji rolunu əsas götürərək xarici investisiyanı məhz bu sahəyə yönəltməklə silsilə tədbirlər həyata keçirdi.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilməsi bu gündə həmin sahənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Tədbirdə bu sahədə əmək fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra işçilər müvafiq “Fəxri Fərman”larla təltif olundular. Çıxış edənlər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər