Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikultralizm və tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirildi

06 iyun 2016 | 11:00

Ağstafa şəhəri,  “Yazıçılar evi”ndə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ağstafa rayon İcra Hakimiyyəti ilə birgə  “Multikultralizm və tolerantlığın  Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bildirdi ki, tarixən Azərbaycanda ənənəvi dini icmalar-müsəlman məscidləri, xristian pravoslav, katolik,  yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. Ölkəmizdə yüzlərlə məscidlər, kilsələr və sinaqoqlar  tikilmiş, yenidənqurma və əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istriqamətində atdığı addımlar Azərbaycanı dünyada dini tolerantlığın əsas mərkəzinə çevirmişdir.
Sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin  sədr müavini Səyyad Salahlı çıxış edərək bildirdi ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması , konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tolerantlığın, birgəyaşayış mədəniyyətinin islam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu dəfələrlə çıxışlarında bildirmişdir.                                                                                                                                                        
Tədbirdə  çıxış edən natiqlər dövlətimizin daim bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər