Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada ictimai dinləmə keçirildi

06 iyun 2016 | 11:00

Ağstafa rayonunda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir.

Tədbirdən öncə Ombudsman Elmira Süleymanova və Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin  abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Ağstafa rayon İcra hakimiyyətinin akt zalında keçirilən dinləmədə Ağstafa
rayon icra hakimiyyətinin başçısı, müavinləri və şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdi.
Tədbiri  giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulamış, bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat vermişdir.

Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə etmişdir.

Ombudsman Elmira Süleymanova qeyd etdi ki, İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsidir və daim dövlətin diqqət mərkəzindədir.  Bildirildi ki, bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə geniş əksini tapır. Qeyd olundu ki, müasir dövrdə insan hüquq və azadlıqlarının təmin edilməsi və səmərəli şəkildə müdafiəsi, həmçinin qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm göstəricisinə çevrilmişdir.

Ombudsman Elmira Süleymanova  Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olduğunu bildirmişdir. Həmçinin diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramı 2006-cı ildən uğurla davam etdirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamıdır. Yeni Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir.

Ombudsman daha sonra Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır.

Məruzə ətrafında çıxışlardan sonra Elmira Süleymanova iştirakçıların suallarını cavablandırmışdır.

Keçidlər