Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü qeyd olundu

14 iyun 2016 | 11:00

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında böyük bayram tədbiri keçirildi.
Tədbirdən öncə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Rayon sakinlərinin böyük marağına səbəb olan bayram tədbirində ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatı bir daha yada salındı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində göstərdiyi müstəsna xidmətləri barədə ətraflı bəhs olundu. Bildirildi ki, Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı və ölkəmiz özünün sürətli inkişaf yoluna qədəm qoydu.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər