Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2016 | 11:00

Bu gün ölkəmizdə 2015/2016-cı dərs ilinin başa çatması ilə əlaqədar bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalındı. O cümlədən Ağstafada da  bu münasibətlə rayonun tam orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi. Məktəb məzunlarının və birincilərin ifasında maraqlı və əyləncəli proqramlar nümayiş etdirilmiş, müəllim və valideynlərin çıxışları dinlənilmişdir. Ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunmuşdur.
Məlumat üçün qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Keçidlər