Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə bayram tədbiri keçirildi.

16 iyun 2016 | 11:00

15 iyun, 2016-cı il tarixdə Milli Qurtuluş günü münasibəti ilə Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə geniş bayram tədbiri keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri və aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, hərbi hissənin komandanlığı və şəxsi heyəti iştirak etdi.
Bayram münasibəti ilə hərbiçiləri təbrik edən cənab Məhərrəm Quliyev 15 iyun günün tariximizə yeri və əhəmiyyəti barədə geniş danışdı. Qeyd edildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi xalqın təkidi ilə təkrara hakimiyyətə qayıtması ölkəni məhv olmaq təhlükəsindən qurtardı, yenicə müstəqillik qazanmış ölkəni vətəndaş müharibəsi girdabından çıxartdı. Ulu öndərin ölkədə  həyata keçirdiyi hüquqi demokratik islahatlar nəticəsində Azərbaycan qısa müddətdə regionun qabaqcıl ölkəsinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar kursu nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafı və hərbi quruculuq sahəsində də  Cənubi Qafqazın  ən güclü dövlətinə çevrilmişdir. Ali Baş Komandanın hərbi qulluqçuların sosial məişət qayğılarının həlli istiqamətində və ordumuzun ən müasir silah sursatla təchizatı sahəsində həyata keçirdiyi tədbirlər bu gün öz bəhrəsini verir. Münaqişə zonasında Azərbaycan ordusunun əldə etdiyi uğurları sadalayan cənab Məhərrəm Quliyev əmin olduğunu bildirdi ki, ən qısa zamanda Azərbaycan Ordusu düşməni torpaqlarımızdan çıxaracaqdır.
Hərbi hissənin komandiri H.Mirzəyev çıxış edərək şəxsi heyətin əhval ruhiyyəsinin yüksək olmasını bildirdi və onlara göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıq etdi.
  Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırıldı. Tədbir Ağstafa rayon mədəniyyət evinin ansamblının konsert proqramı ilə davam etdirildi.

Keçidlər