Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2016 | 11:00

Bu gün Ağstafada 23 iyun dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Tədbirdə qeyd olundu ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə gördüyü işlərin nəticəsi olaraq dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul olunduğunu və "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışlarının gündəmə gəldiyi vurğulandı. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən "Dövlət qulluğu haqqında” Qanundur. Qeyd olunub ki, bu gün ümummilli liderin siyasi kursu və mükəmməl dövlətçilik məktəbi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlət başçısının rəhbərliyi ilə müasir dünyada qəbul edilən dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsidir. Həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.
Dövlət qulluqçularının peşə bayramı Heydər Əliyev Parkında çay süfrəsi arxasında davam etdirildi.

Keçidlər