Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Tatlı kəndindəki körpü bərpa edildi

04 iyul 2016 | 11:00

Son günlər havaların kəskin dəyişməsi və güclü yağışların yağması nəticəsində rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi xeyli artmışdır.
Həsənsu çayının Ermənistan ərazisindən keçən hissəsində su bəndinin qarşısının açılması, çayın keçdiyi Tatlı və Göycəli kəndlərində sel sularının artmasına, keçid və körpülərə ciddi ziyan vurması ilə nəticələnmişdir. Tatlı kəndinin çayın qarşı tərəfində yerləşən hissəsi ilə birləşdirən körpü sel suları nəticəsində tamamilə yarasız hala düşmüşdür. Çayda suyun səviyyəsi təmir-quraşdırma işlərinin aparılmasına imkan verən kimi Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən körpünün bərpasına başlanılmışdır. Müvafiq ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi ilə Tatlı kəndində Həsənsu çayının üzərində olan köpü yenidən quraşdırılmış və həmin körpü üzərində hərəkət bərpa edilmişdir. Bundan başqa çay sularının sahil zolaqlarına vurduğu ziyan da aradan qaldırılmışdır.

Keçidlər