Şriftin ölçüsü :

Saytın rəngi :

BAYRAM SOVQATI PAYLANILDI

05 iyul 2016 | 11:00

Müqəddəs  kitabımız Qurani–Kərimin nazil olduğu mübarək Ramazan ayının başa çatması və bayram münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanıldı. İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və Vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Sovqatlar 350 ailəni əhatə etməklə Qarabağ  müharibəsi və Çernobıl  faciəsi əlillərinə, şəhid ailələrinə və eləcə də rayonun aztəminatlı ailələrinə təqdim olundu.  Bayram payları tərtib olunmuş siyahıya uyğun olaraq  Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında, Ağstafa şəhərində yaşayış yerlərində, eləcə də qəsəbə və kəndlərdə paylanılması təmin edildi.

Keçidlər