Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Sənaye Parkında tikinti işləri sürətlə davam edir

13 iyul 2016 | 11:00

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda “Karvan-L” şirkətinin böyük istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının tikinti işləri başlanılmışdır. Sənaye parkı üçün ayrılmış torpaq sahəsində artıq inzibati binanın inşası sürətlə davam edir. İstehsal və emal müəssisələri üçün nəzərdə tutulan avadanlıq və qurğuların tikinti meydançasına gətirilməsi təmin edilmişdir. İstehsal və emal müəssisələrinin tikintisinə hazırlıq işləri gedir. 
Ümumi dəyəri 12.5 mln. manat olan “Karvan-L Eko” Sənaye Parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 ha ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur.
Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir.

Keçidlər