Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada taxıl və un məmulatları kombinatının tikintisi davam edir

13 iyul 2016 | 11:00

Azərbaycan Respublikasında sahibkarlığa göstərilən dövlət dəstəyi və yaradılmış əlverişli biznes mühiti ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da bazar iqtisadiyyatı tələblərinə cavab verən və müasir texnologiyalarla təmin edilmiş istehsal və emal müəssisələrinin yaradılmasına imkan verir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis”-in II mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikinti işləri sürətlə davam edir.
Layihənin ümumi dəyəri 53.2 mln. manat təşkil edir.

Bu layihəyə daxildir :
1. 6 min ha torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı
2. 30 min ton saxlama gücü olan taxıl anbarı.
3. Ümumi sahəsi 4048 kv. metr olan toxum emalı müəssisəsi
4. İstehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu
5. İstehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu
6. Marketinq, satış və eyni zamanda 200 nəfərə xidmət edən “Fas-food” iaşə xidməti sistemi

Layihə çərçivəsində 105 nəfər işlə təmin ediləcəkdir.
Ağstafa taxıl və un məmulatları kombinatı layihəsinə daxil olan toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə daxil olan digər istehsal və emal müəssisələrinin tikinti işləri xeyli sürətləndirilmişdir.
Tikinti işlərinin mərhələlərlə payız aylarında yekunlaşması nəzərdə tutulur.

Keçidlər