Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi

14 iyul 2016 | 11:00

2016-cı ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti aparatının şöbə Ağstafa rayon İcra hakimiyyətinin müdirləri və  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
“2016-cı ilin yanvar-iyun aylarında Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş məruzə edən cənab Məhərrəm Quliyev bildirdi ki, iyulun 10-da Nazirlər Kabinetinin iclasında ilin birinci yarısının sosial-iqtisadi inkişafına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi inkişafı və islahatlar kursu sahəsində əldə etdiyi nəticələr  barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, 2016-cı il dərin iqtisadi islahatlar ili və dövlət idarəçiliyində şəffaflığı təmin edən yeni strukturların yaradılması ili olacaqdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son aylarda baş verən hadisələrə münasibət bildirən dövlət başçısı bir mənalı olaraq bildirmişdir kİ, düşmənə bundan sonra daha ağır zərbələr endiriləcəkdir.
    Hesabat məruzəsi ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirmişdir ki, 2016-cı ilin 6 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1.4 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmi 4.1 faiz artmış, nəqliyyat xidmətində 4.6 faiz, rabitə xidmətində 2.0 faiz, ticarət sahəsində 15.8 faiz artım olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8.8 faiz, pərakəndə əmtəə dövriyyəsi 6.3 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7.9 milyon manat həcmində olmuşdur.  Rayon üzrə orta aylıq nominal əmək haqqı 1.2 faiz artaraq 243.00 manata çatdırılmışdır. 
2016-cı ilin 6 ayı ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə əhaliyə cəmi 3 mln. 969 min manat kredit verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 19 layihə üzrə 260.0 min manat güzəştli kreditlər verilmişdir. Kreditlərin 210 min manatı kənd təsərrüfatı, 50 min manatı tikinti sahələrinə ayrılmışdır.  Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 497.9 min manat və 395.9 min ABŞ dolları həcmində olmuşdur ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə (253 min.man çox) 30 faiz çoxdur. Bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1mln. 92 min manat civarındadır.
2016-cı il üçün Ağstafa rayon Ərazi Məşğulluq Proqramı hazırlanmışdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün 7 müəssisədə 18 kvot iş yerləri yaradılmışdır. 2016-cı ilin 6 ayı ərzində 1802 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində  qeydiyyata alınmış və 450 nəfər  işlə təmin edilmişdir. Ötən dövr ərzində 39 nəfərə işsiz statusu verilmiş və işsizlik müavinəti təyin edilmişdir. Hazırda Məşğulluq Mərkəzində 176 vakant iş yerləri mövcuddur. 
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2016-cı ilin yanvar-iyun ayları  ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  805 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (775 nəfər) 92.8 faizi daimi işlərdə işləyənlərdir.
Statistik göstəricilərə  görə bu ilin 6 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 45, gedənlər 7, artım +38),  təbii artım 353 (doğulanlar 679, ölənlər 326), rəsmi qeydiyyata alınan nikahların sayı 282, boşanmaların sayı (31) bu göstəricinin 11.0 faizini  təşkil edir.
  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2016-cı ilin yanvar-iyun ayları  ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  805 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (775 nəfər) 92.8 faizi daimi işlərdə işləyənlərdir. Nəzərinizə çatdırım ki, açılan iş yerlərinin 404-ü (50.2 faiz) dövlət qurumlarının payına düşür.
Statistik göstəricilərə  görə bu ilin 6 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 45, gedənlər 7, artım +38),  təbii artım 353 (doğulanlar 679, ölənlər 326), rəsmi qeydiyyata alınan nikahların sayı 282, boşanmaların sayı (31) bu göstəricinin 11.0 faizini  təşkil edir
Ağstafa rayonunda yeni biznes layihələr həyata keçirilməsi, istehsal və emal müəssisələrinin yaradılması, eləcə də aqrar sahədə tədarük müəssisəsinin, soyuducu anbar komplekslərinin, istixanaların tikintisi  məqsədi ilə  rayondan kənarda yaşayan Ağstafalı iş adamları ilə iş aparılır.  Rayonda  “Karvan-L” EKO sənaye parkının tikintisi işlərinə başlanılmışdır. Sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 ha ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması üçün layihələndirmə işləri aparılır və torpaq sahəsinin ayrılması həyata keçirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri aparılır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4.0 min kv.metr olan 3 ədəd toxum emalı anbarı, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu, marketin, satış və eyni zamanda 200 nəfərə xidmət göstərən “Fas-food” iaşə xidməti daxildir.
Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilmişdir. Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmış, fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Şəhərin M. Allahverdiyev küçəsində 20 və 22, R. Alıcanov küçəsində 1 və 2, C.Cabbarlı küçəsi 38 və H.Arif küçəsində 33 mənzilli yaşayış binalarında təmir işləri aparılmış, yaşayış binalarının dam örtükləri, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri aparılmış və bu işlər davam etdirilir.
Rayonun Kür çayının sol sahilində yerləşən yaşayış məntəqələrinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu, Soyuq bulaq, Soyuq bulaqlar, H.Aslanov qəsəbələrinə və  Köçvəlili kəndinə qaz verilməsi təmin edilmişdir. Qarayazı, Muğanlı, Sadıqlı, Ağgöl və Böyük Kəsik  kəndlərinin qazlaşdırılması işləri davam etdirilir.
2016-cı ilin yanvar-iyun ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 578 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 3321 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 22 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 2619 nəfər iştirak etmiş, 229 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 105-i həll olunmuş, 57-sinin icrası davam etdirilir, 67 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.
Gündəliyə daxil olan digər məsələlər ətraflı müzakirə edildi. Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Tədbir  işgüzar şəraitdə keçdi.

Keçidlər