Ağstafada milli mətbuat günü qeyd olundu
Ağstafa şəhəri S.Vurğun adına mədəniyyət və istirahət parkına yerləşən “Yazıçılar evi”ndə milli mətbuatın yaranmasının 141-ci il dönümü ilə əlaqədar geniş tədbir keçirildi.
Milli mətbuat və jurnalistika günü ilə əlaqədar keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Azərbaycan milli mətbuatının yaranması və inkişaf tarixindən danışdı. Qeyd olundu ki, 1875-ci ildə “Əkinci” qəzetinin təsis edilməsi ilə Həsən bəy Zərdabi Azərbaycan Milli mətbuatının əsasını qoydu. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişının əsasını qoydu və bu gün də bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə aparılır.
Sonra “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, yazıçı və jurnalist Firdovsi Heydərli çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Daha sonrə peşə fəaliyyətində fərqlənən bir qrup mətbuat işçisinə Ağstafa rayonu İcra Hakimiyyətinin “Fəxri Fərman”ları və hədiyyələri təqdim olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.