Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yanvar ayının 31-də rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

01 fevral 2013 | 11:00

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Mahir Nəbiyev dağlardan gələn sel sularının qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyindən danışdı.
2. Aytəkin Məmmədova 1 saylı Dağ Kəsəmən kənd tam orta məktəbinin qazanxana sisteminin qazlaşdırılmasının təmin edilməsini xahiş etdi.
3. Knyaz Nəbiyev iş yerlərinin açılmasının əhali üçün nə qədər önəmli olmasını vurğuladı.
4. Tavad Aslanov kəndin ərazisindən keçən mərkəzi avtomobil yolunun işıqlandırılmasını təklif etdi.
5. Musa Qafarov yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinin tezləşdirilməsini xahiş etdi.
6. Nəsib Qədiməliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Hacı Nəbiyev Dağ Kəsəmən kəndinin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
8. Elbrus Mustafayev ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Elza Qəfərova kənddə yeni körpələr evi uşaq baxçasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Fəridə Ərəbova Dağ Kəsəmən kənd Mədəniyyət evinin əsaslı təmir olunmasını təklif etdi.
11. Mahir Namazov kəndin arxaltı adlanan hissəsində yolların təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Dağ Kəsəmən kəndinin dağlardan gələn sel sularından mühafizəsi məqsədi ilə 2013-cü ildə təhlükəsizlik tədbirlərinin görülməsi üçün layihə işlərinin hazırlanması və tilinti işlərinə başlanılması ilə əlaqədar Azərbaycan Respublikası Meliorasiya və Su Tikinti Açıq Səhmdar Cəmiyyətinə investisiya qoyuluşu ayrılmışdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər