Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinləri ilə növbəti görüş

29 iyul 2016 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə şəhər sakinləri ilə ünvanlarında görüşdü. Ağstafa şəhəri Şıxəli Qurbanov küçəsində keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafada abadlıq, yenidənqurma və əsaslı təmir işləri sürətlə davam etdirilir. Yeni inşa olunmuş və yenidən qurulmuş mədəniyyət ocaqları ilə yanaşı irimiqyaslı infrastruktur layihələrin icrası, şəhər küçələrinin yenidən qurulması istiqamətində işlər bu gündə uğurla həyata keçirilir. Görüşdə Ş.Qurbanov küçəsində əsaslı təmir olunan iki mərtəbəli çoxmənzilli yaşayış binasının sakinləri onlara göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra cənab Məhərrəm Quliyev görüşdə iştirak edən sakinlərin müraciətləri ilə əlaqədar müvafiq tapşırıqlarını verdi, təmir olunan çoxmənzilli yaşayış binasında işin gedişi ilə yaxından tanış oldu.

Keçidlər